Məşhur cütlük yaşayacaqları evi seçdi - FOTO

21 İyul 2021 12:30

Müğənni Cennifer Lopez yenidən eşq yaşamağa başladığı Hollivud ulduzu Ben Affleklə birgə yaşayacaqları evi seçib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Los-Ancelesdə yarımtikili malikənin inşası prosesini izləyərkən görüntülənib.

Bəzi mənbələrin məlumatına görə, Benin Cenniferə evlilik təklifi etməsi gözlənilir.

Qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar.

Milli.Az