Libertadores kubokunda dava düşdü - VİDEO

21 İyul 2021 12:24

Libertadores kubokunun "Atletiko Mineyro" (Braziliya) - "Boka Xuniors" (Argentina) qarşılaşması qalmaqalla başa çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, final fitindən sonra argentinalılar öncə hakimlə mübahisəyə girib, ardınca mühafizəçilər və braziliyalıların nümayəndələri onlara qoşulub.

Mübahisə dava-dalaşa çevrilib. Aranı sakitləşdirmək üçün hərbi polisə ehtiyac yaranıb. Onlar da yalnız gözyaşardıcı qazla tərəfləri ayıra bilib.

"Atletiko Mineyro"nun prezidenti də rəqibə su qabları atıb. "Boka Xuniors"un 8 üzvü polis bölməsinə aparılıb. Digər oyunçular isə komanda yoldaşları olmadan Braziliyanı tərk etməkdən imtina edib.

Qeyd edək ki, Braziliya klubu penaltilərlə mərhələ adlayıb.

Milli.Az