Yay Olimpiya oyunlarında ilk yarışlar başlayıb

21 İyul 2021 12:18

Yaponiyada Tokio-2020 Yay Olimpiya oyunları çərçivəsində ilk yarışlar baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fukusima şəhərinin beysbol arenasında qadınlar arasında softbol yarışları başlayıb.

İlk matçda Yaponiya Avstraliyanı 8-1 hesabı ilə məğlub edib.

Bu gün, həmçinin qadınlar arasında futbol yarışlarına da start veriləcək.

Qeyd edək ki, Olimpiya oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Yarışlar avqustun 8-dək davam edəcək.

Milli.Az