Bakıda qəza: Avtomobil obyektə çırpıldı - FOTO

21 İyul 2021 11:02

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə paytaxtın Səməd Vurğun 173 ünvanında qeydə alınıb. 

Qəza zamanı "Opel" markalı minik avtomobili yolun kənarında yerləşən obyektlərdən birinə girib.

Qəza səbəbindən Həsən Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən işıqfor yarasız hala düşüb. 

Milli.Az