Novxanıda dənizdə bir nəfər batıb

21 İyul 2021 11:26

Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər batıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Milli.Az