Haiti prezidentinin qətlinə görə daha 3 nəfər saxlanılıb

21 İyul 2021 09:32

Haiti prezidenti Jovenel Moizin sui-qəsd yolu ilə öldürülməsinə görə həbs olunanların sayı 26 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Haiti Milli polisinin rəhbəri Leon Şarl mətbuat konfransında açıqlama verib.

"Respublika prezidenti Jovenel Moizin qətlinin istintaqı ilə əlaqədar daha üç nəfər tutulub", - deyə qurum rəsmisi bildirib.

Onun sözlərinə görə, tutulanların arasında polis məmurları da var, daha 7 polis əməkdaşı isə təcridxanaya yerləşdirilib, ancaq onların həbsi barədə hələlik söhbət getmir.

Qeyd edək ki, bundan əvvəl sui-qəsdə görə cinayətkar qrupun 23 üzvünün tutulması barədə məlumat verilmişdi.

Milli.Az