Bakıda bıçaqlanma hadisəsi olub

21 İyul 2021 09:06

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az