Bakıda yeniyetmə özünü 13-cü mərtəbədən atdı

21 İyul 2021 10:02

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Xiyabani küçəsi 45 ünvanında qeydə alınıb.

2004-cü il təvəllüdlü Ağaverdiyev Ağaverdi Bəxtiyar oğlu özünü binanın 13-cü mərtəbəsindəki mənzilinin eyvanından yerə atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az