Ceyhun Bayramovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı

20 İyul 2021 22:42

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.Xarici İşlər Nazirliyindən yayılan məlumatda deyilir ki, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Milli.Az