Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var

20 İyul 2021 22:09

Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az