Almaniyada daşqın qurbanlarının sayı 169-a çatıb

20 İyul 2021 20:38

Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin xilasetmə xidmətləri məlumat verib.

Məlumatlara görə, tək Reynland-Pfalz federal ərazilərdə təbii fəlakət qurbanlarının sayı 121 olub.

11 iyuldan davam edən leysan yağışlar səbəbi ilə Reyn Ar və Mozel, həmçinin kiçik Zauer, Prüm, Nims, Kiel və Erft çayları sahillərindən daşıblar.

Milli.Az