Bakıda "Mercedes" avtobus dayanacağına çırpılıb

20 İyul 2021 20:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı avtobus dayanacağına çırpılması barədə məlumat daxil olub.

Milli.Az-ın nazirliyin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az