Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında daha bir körpə koronavirusdan vəfat edib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ikiaylıq uşaq COVID-19 diaqnozu ilə ağır vəziyyətdə Abxaziyadan Tbilisiyə çatdırılmışdı. Həkimlərin səyləri nəticə verməyib və körpə dünyasını dəyişib.
Qeyd edək ki, iyulun 16-da Tsitsişvili klinikasında koronavirusun alfa ştammına yoluxan üçhəftəlik uşaq da dünyasını dəyişmişdi.
Milli.Az