Çingiz Hüseynzadə “Şərəf” ordeni ilə təltif edildi

20 İyul 2021 14:38

Prezident İlham Əliyev Ç.M.Hüseynzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikasında Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Çingiz Muxtar oğlu Hüseynzadə "Şərəf" ordeni ilə təltif edilib.

Milli.Az