ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

20 İyul 2021 12:55

ABŞ səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Milli.Az APA-ya istinadən bildirir ki, səfirliyin "Facebook" səhifəsində yayımlanan təbrikdə qeyd olunur ki, bu bayram müsəlmanlar üçün ibadətin və fədakarlığın önəmliliyini qiymətləndirmək üçün gözəl vaxtdır: "Milyonlarla amerikalı müsəlman azərbaycanlı bacı və qardaşları kimi bu bayramı ailə üzvləri ilə birgə, ehtiyacı olanlara yardım əlini uzadaraq qeyd edir. Sizləri bir daha bu gözəl bayram münasibətilə təbrik edirik!".

Milli.Az