Pedofil futbolçu cəzalandırıldı

20 İyul 2021 12:29

"Everton" adı açıqlanmayan bir futbolçusunu azyaşlı şəxslərə qarşı seksual hərəkətlər etdiyinə görə cəzalandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Sözügedən oyunçu polisin istintaq aparmasınadək komandadan kənarlaşdırılıb.

Bildirilir ki, futbolçu ötən cümə Mançesterdə yetkinlik yaşına çatmayan şəxslərə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır. Əvvəlcə oyunçu bu məsələyə görə həbs edilsə də, istintaq başlanana qədər sərbəst buraxılıb.

Məsələ "Everton"un digər futbolçularının təəccübünə səbəb olub.

Milli.Az