Pandemiya dövründə ilk Qurban bayramı namazı... - FOTOlar

20 İyul 2021 11:29

Bu gündən Azərbaycanda Qurban bayramı qeyd olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələnin Cümə məscidində də pandemiya dövründə ilk dəfə Qurban bayramı namazı qılınıb. Koronavirus infeksiyası ilə əlaqədar yerli sakinlər və qonaqlar məscidə hissə-hissə buraxılıb. İbadətə gələnlər tibbi maskadan istifadə edib, səflərdə məsafələrlə əyləşiblər.

Qeyd edək ki, ötən il Qurban bayramı zamanı məscidlərdə bayram namazı qılınmayıb. İnsan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlanmışdı.

Milli.Az