Neft yenidən bahalaşıb

20 İyul 2021 11:35

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,11% artaraq 1 barelə görə 68,73 dollar təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,10% artaraq 66,52 dollar təşkil edib.

Milli.Az