Əfqanıstan prezidentinin sarayı istiqamətində bir neçə raket atılıb

20 İyul 2021 09:59

Əfqanıstan prezidentinin Kabildəki sarayı istiqamətində bir neçə raket atılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sinhua" agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, raketlər Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksəkvəzifəli şəxlərin də qatıldığı Qurban Bayramı namazı zamanı atılıb.

Raketlər sarayın yaxınlığına düşüb. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az