Salvadorun keçmiş prezidenti dünyasını dəyişdi

20 İyul 2021 08:38

Salvadorun keçmiş prezidenti, polkovnik Arturo Armando Molina 93 yaşında Kaliforniyada dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Molinanın bir neçə aydır xəstə olduğu bildirilir. Qeyd edək ki, Arturo Armando Salvador 192-1977-ci illərdə Salvadoru idarə edib. Onun prezident postunda Karlos Umberto Romeronu əvəz etməsindən sonra ölkədə kütləvi etirazlar başlamışdı.

Seçki saxtakarlığında ittiham olunan Molina nümayişçilərə qarşı amansızlığı ilə yadda qalmışdı. Mitinqlər zamanı ümumilikdə 50 nəfər öldürülmüşdü. O, 1975-ci ildə tələbələrin yürüşü zamanı orduya atəş açması barədə əmr verməkdə də ititham edilirdi.

Milli.Az