Türkiyə Gürcüstana hərbi maşınlar verdi

20 İyul 2021 08:18

Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə dörd ədəd texniki xidmət maşını təqdim edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi dəyəri 866 min 400 ABŞ dolları olan hərbi texnikanın tədarükü haqqında müqavilə 2020-ci ilin oktyabrında imzalanıb.

Nəqliyyat vasitələrinin rəsmi təhvilvermə mərasimində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili, Türkiyə səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak ediblər.

Milli.Az