Bakının Suraxanı rayonunda ehtiyatsızlıqdan bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.
Xəlilov küçəsində yaşayan 1974-cü il təvəllüdlü Əliyev Zaur Eldar oğlu bıçağı "laqonda" ilə itiləyərkən bıçaq onun əlindən çıxaraq ürək nahiyəsinə batıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Milli.Az