Britaniyada 39 mindən artıq yoluxma qeydə alınıb

20 İyul 2021 07:35

Böyük Britaniyada ötən sutka koronavirusa yanvar ayının ortalarından bəri ilk dəfə 39 mindən artıq yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 39 950 nəfər yoluxub, 19 nəfər isə koronavirusdan vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 5 473 477 nəfər, koronavirusdan ölənlərin sayı isə 128 727 nəfər təşkil edir.

Milli.Az