Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

20 İyul 2021 07:25

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qoşabulaq kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, kənd sakini Firuz Məmmədov 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Milli.Az