Şəkidə avtomobil dərəyə aşıb, ana və qızı yaralanıb

19 İyul 2021 23:50

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, minik avtomobilinin dərəyə aşması nəticəsində avtomobildə olan iki nəfər - Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Oğuz RMX-da yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az