Goranboyda birmərtəbəli ev yanıb

19 İyul 2021 23:25

Goranboy rayonunun Təklə kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, bitişik talvarın altında 1 ədəd soyuducu və su qızdırıcısı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az