"Barselona" məşhur futbolçunu transfer etdi - RƏSMİ

19 İyul 2021 20:50

"Barselona" klubu Niderland millisinin hücumçusu Memfis Depayla bağlı Fransa "Lion"u ilə yekun razılıq əldə edib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Memfis Depayın Fransanın "Lion" klubu ilə müqaviləsi başa çatdığından onun üçün transfer haqqı ödənilməyib. Futbolçu ilə 2023-cü ilin sonunadək müqavilə imzalanıb.

Milli.Az