İspaniyada avtomobil barın terasına çırpılıb, çox sayda xəsarət alan var

19 İyul 2021 21:00

İspaniyanın Marbelye şəhərində avtomobil barın terasına çırpılıb.

Trend-in "La Vanguardia" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 9 nəfər xəsarət alıb.

Məlumata əsasən, avtomobilin sürücüsü polislər tərəfindən saxlanılıb. Onun 30 yaşlı İspaniya vətəndaşı olduğu qeyd edilir.

Hazırda insidentin səbəbi araşdırılır.

Milli.Az