Türkiyə HHQ İraqın şimalında 5 PKK terrorçusunu məhv edib

19 İyul 2021 19:20

Türkiyə Hərbi Hava Qüvvələri "Pəncə Şimşək" əməliyyatı çərçivəsində İraqın şimalındakı Metina rayonunda 5 PKK terrorçusunu məhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində deyilir.

Məlumata əsasən, əməliyyata Türkiyə istehsalı olan ATAK hücum helikopterlərindən istfadə edilib.

Milli.Az