Fələstin "Barselona"ya təşəkkür etdi

19 İyul 2021 17:34

Fələstin Futbol Assosiasiyası Yerusəlimdə (Qüds) keçirilməsi nəzərdə tutulan "Beytar" - "Barselona" yoxlama oyununun ləğvini alqışlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu matç avqustda keçirilməli idi. Amma Kataloniya təmsilçisi Fələstinlə İsrail arasındakı siyasi gərginlik səbəbindən oyunun Yerusəlimdə (Qüds) deyil, başqa şəhərdə keçirilməsini təklif edib. Bu isə "Beytar" klubunun narazılığına səbəb olub. Nəticədə görüş ləğv edilib.

"Biz "Barselona"ya dünyadakı milyonlarla azarkeşinin hisslərinə göstərdiyi hörmətə görə təşəkkür edirik. Onlar fanatları olduğu komandanın dünyanın ən irqçi klubu ilə oynayacağından sarsılmışdılar" - deyə məlumatda bildirilib.

Milli.Az