Bakı-Sumqayıt yolunda qəza - ölən var

19 İyul 2021 16:00

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "Mercedes-Benz" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Daha sonra avtomobilin idarəetməni itirərək beton səddə çırpılıb.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az