Rusiyada daha 719 nəfər koronavirusdan öldü

19 İyul 2021 15:36

Rusiya Federasiyasında ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 719 nəfər ölüb, pandemiya ərzində sözügedən virusdan ölənlərin sayı 149 138-ə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

"Son 24 saat ərzində 719 nəfərin koronovirusdan ölməsi təsdiqlənib. Bütün dövr ərzində Rusiyada 149 138 nəfər koronavirusdan ölüb", - qərargahdan bildirilib.

Milli.Az