David Məmmədov Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib

19 İyul 2021 14:39

Prezident İlham Əliyev D.N.Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az