Bəhram Hüseynov vəzifəsindən azad edildi - Sərəncam

19 İyul 2021 14:27

Prezident İlham Əliyev B.B.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Milli.Az