Uitni Hyustonun ölümqabağı sirri açıldı - YENİLƏNİB - VİDEO - FOTO

12 Fevral 2012 22:41
22:41

Milli.Az "Daily Mail"ə istinadən bildirir ki, Uitni Hyustonun ölümü ilə bağlı yeni məlumatlar yayılıb. 48 yaşlı müğənninin ağrıkəsici və sakitləşdirici dərmanlar qəbul edəndən sonra hamam otağında vanna qəbul edərkən dünyasını dəyişdiyi bildirilir.

TMZ bildirir ki, ölümündən əvvəlki saatlarda Hyuston sərxoş olub. O, müxtəlif spirtli içkilərin qarışığından ibarət kokteyl içib.

Onun qaldığı "Beverly Hilton" otelinin nömrəsinin döşəməsində spirtli içki butulkaları və dərman qutuları vardı.

Dərmanlar arasında "Lorezapam", "Ksanaks", "Valium" və çoxsaylı yuxu dərmanları vardı.
Həkimlərin ilkin rəyinə grə, müğənni sedativ preparatları qəbul edəndən sonra vanna qəbul edərək dincəlmək fikrinə düşüb. Lakin bu dərman preparatları Hyustonun bir qədər əvvəl qəbul etdiyi spirtli içkilərlə orqanizmdə qarışıb və öldürücü effekt yaradıb.

Uitni Hyuston son illər narkotik vasitələrdən asılı olsa da, daha doğrusu, kokain qəbul etsə də, polis narkotik maddələrin dozasının artırılmasını onun ölüm səbəbi kimi nəzərdən keçirilmir.

Uitni Hyustonun 19 yaşlı qızı Kristina anasının qaldığı nömrəyə tərəf qaçaraq, Uitnini görməyə çalışsa da, polis onu otağa buraxmayıb.

Uitnin əri Bobbi Braun isə arvadının öldüyünü eşidərkən hönkürərək ağlamağa başlayıbmış.

---------
18:14

Bu axşam ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək "Grammy" mükafatının təqdimat mərasimi müğənni və aktrisa Uitni Hyustonun xatirəsinə həsr olunacaq.

Milli.Az "Associated Press"ə istinadən bildirir ki, bunu şounun prodüseri Ken Erliç deyib.
Şounun Uitniyə həsr olunmuş hissəsinin aparıcsı müğənni Cennifer Hadson olacaq. O, 2009-cu ildə "Ən yaxşı  R&B müğənni" nominasiyasında "Grammy" almışdı və mükafatı da Cenniferə Hyuston təqdim etmişdi.

Uitni Hyuston fevralın 11-də axşam Los-Ancelesdə dünyasını dəyişib. O, "Grammy" mükafatının təqdimatt mərasimindən əvvəl "Beverly Hilton" otelindəki şouda çıxış etməliydi.

Son illər narkotik maddələr və alkoqollu içkilər qəbul edən Uitni Hyuston xəstə idi. Özünü pis hiss etdiyinə görə o, "I Look To You" kimi uğurlu albomu ilə bağlı konsertlərini dəfələrlə təxirə salmışdı. 2009-cu ildə çıxmış albom "Billboard"un hit-paradında ilk yerdə debüt etmişdi.
Uitni Hyuston aldığı mükafatların sayına görə Ginnesin Rekordlar Kitabına düşüb. Onun 26 nominasiyada 6 "Grammy" mükafatı var.

Son dəfə Uitni 1998-ci ildə "It's Not Right But It's Okay" mahnısına görə "Grammy" almışdı.
Ümumiyyətlə isэ Uitni Hyustonun 411 mükafatı vardı ki, onların 6-sı "Grammy", 2-si "Ammy", 23-ü "American Music Awards" və 16-sı da "Billboard Music Awards"dır.

Kaliforniyanın Beverli-Hills şəhərində dnyasını dəyişmiş Uitni Hyustonun "Beverly Hilton" otelində dünyasını dəyişməsi ilə bağlı verilmiş rəsmi açıqlamada bildirilir ki, təcili yardım heyəti və paramediklər onu ölümdən ilas etmək üçün əllərindən gələni ediblər.

Müğənnilik Uitninin qanında idi. Çünnki onun anası Sisi Hyuston məşhur amerikalı müğənni Areta Franklinin bacısı qızı, populyar müğənni Dion Uorvikin qohumu idi. Areta Franklin elə Uitninin "xaç anası" idi.

Uitni Hyustonun 3 oktavalı, geniş diapazonlu, parlaq və gur səsi vardı. O, istənilən format və stildə mahnıları asanlıqla ifa edirdi.

Hyustonun müğənni, "Being Bobby Brown" teleşousunun ulduzu Bobbi Braunla nikahı çox uğursuz alındı. Əri onu narkotik maddələrə dadandırdı, Uitni narkoman oldu və karyerasında uzunmüddətli fasilə yarandı. Lakin o, batalıqdan qurtulmağa çalışırdı.
2002-ci ildə "Just Whitney", 2009-cu ildə isə "Just Whitney" albomları səhnəyə, karyeraya qayıdış cəhdləri idi.

1963-cü ilin avqustun 9-da Nyuarkda doğulmuş Uitninin səsinin artıq əvvəlki möhtəşəmliyini itirdiyi 2009-cu ildə Nyu-Yorkdakı Mərkəzi Parkda keçirilən konsretdə məlum olmuşdu.

---------
16:58


Uitni Hyustonun cəsədi ölümündən 7 saat sonra morqa gətirilib. Milli.Az







































Fotolar: AKM, Splash, AP, Reuters, Getty İmages