Pakistanda dəhşətli qəza: 27 sərnişin həlak oldu - FOTO

19 İyul 2021 13:30

Pakistanın şimal-şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun qoşqulu yük avtomobili ilə toqquşması nəticəsində azı 27 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, sərnişin avtobusu Rajanpur şəhərindən Sialkot şəhərinə doğru hərəkət edib.

Milli.Az