Bakıda qadını motosiklet vurub

19 İyul 2021 10:56

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1987-ci il təvəllüdlü Feyzullayeva Naidə Rizvan qızı yolu keçərkən onu motosiklet vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Milli.Az