Toyotanın prezidenti olimpiadanın açılış mərasiminə qatılmaqdan imtina etdi

19 İyul 2021 09:42

Tokio olimpiadasının əsas sponsorlarından biri olan Yaponiyanın ən böyük avtomobil şirkəti "Toyota Motor"un prezidenti Akio Toyoda yarışların açılış mərasimində iştirak etməkdən imtina edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bundan əlavə "Toyota Motor" şirkətin imicinə zərər verməmək üçün Yaponiyada keçiriləcək olimpiada ilə əlaqədar televiziya reklamlarını yayımlamağı planlaşdırmır.

Tokio olimpiadası 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Pandemiya səbəbindən yarışlar bir il təxirə salındı və 23 iyul - 8 avqust tarixlərində keçiriləcək.

Milli.Az