Xaçmazda 61 yaşlı kişi dənizdə batıb

18 İyul 2021 23:39

Xəzər dənizinin Xaçmaz sahilində bir nəfər batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Xaçmazın Niyazabad kəndi ərazində qeyd alınıb.

1959-cu il təvəllüdlü Talıbov Sədulla Cəfər oğlu dənizdə çimərkən boğulub. Onun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az