Bakıda kişi həyat yoldaşını bıçaqlayıb

18 İyul 2021 23:15

Bakının Suraxanı rayonunda bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Zığ bağları adlanan ərazidə 1974-cü il təvəllüdlü Quliyeva Natəvan Qənbər qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Milli.Az