Agstafada su daşıyan maşın aşıb, xəsarət alan var

18 İyul 2021 23:05

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

"QAZ 53" markalı su maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza nəticəsində 1972-ci il təvəllüdlü Ərəbov Ərəb Fuad oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az