Britaniyada ötən sutka koronavirusa 48 mindən artıq yoluxma qeydə alınıb

18 İyul 2021 22:31

Böyük Britaniyada ötən sutka koronavirusa yanvar ayının ortalarından bəri ilk dəfə 48 mindən artıq yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 48 161 nəfər yoluxub, 25 nəfər isə koronavirusdan vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 5 433 939 nəfər, koronavirusdan ölənlərin sayı isə 128 708 nəfər təşkil edir.

Milli.Az