İnfrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur - Şarl Mişel

18 İyul 2021 21:27

İnfrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı Trend İnfromasiya Agentliyinin sualını cavablandırarkən deyib.

Aİ Şurasının Prezidenti Şarl Mişel bildirib:

"Hesab edirik ki, Avropa İttifaqı öz növbəsində regional tərəfdaşlıq çərçivəsində qarşılıqlı təmasları təşviq etməlidir. Bu məqsədlə, fərqli mövqeləri anlamaq üçün dünən mən Ermənistanın hakimiyyət orqanları ilə, bu gün isə Azərbaycan Prezidenti ilə bu məsələlərin təfərrüatlarını müzakirə etdim. Məndə belə bir təəssürat var ki, infrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur. Əlbəttə, digər rəylər və narahatlıqlar var və onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmanı nəinki Ermənistanla, eləcə də aidiyyatı olan digər ölkələrlə təşviq etmək istəyirik. Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik. Ümidvaram ki, mən bu məsələni, həmçinin sabah Gürcüstanın hakimiyyət orqanları ilə müzakirə edəcəyəm".

Milli.Az