Hemilton Böyük Britaniya Qran Prisinin qalibi olub

18 İyul 2021 20:42

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula 1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışı ikinci yerdə "Ferrari" komandasının pilotu Şarl Lekler, üçüncü yerdə isə "Mercedes" komandasının pilotu Valtteri Bottas başa vurub.

Qeyd edək ki, "Formula 1"-in növbəti mərhələsi iyulun 30-dan avqustun 1-dək Macarıstanda keçiriləcək.

Milli.Az