Beyləqanda anbar yanıb

18 İyul 2021 20:12

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 578 m² olan birmərtəbəli anbarın (hazırda fəaliyyət göstərməyən) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az