"Siz bu travmaya layiqsiniz"

18 İyul 2021 18:33

Almaniya millisinin və "Bavariya"nın sabiq futbolçusu Lotar Matteyis İngiltərənin Avro-2020-nin finalında İtaliyaya uduzması (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 2:3) haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o İngiltərə yığmasının məğlubiyyətinə sevindiyini etiraf edib:

"İngiltərəli azarkeşlər yarış zamanı bütün rəqiblərə pis münasibət göstərdilər. Hətta finalda öz oyunçularına belə irqçi ifadələr dedilər. Belə davranışları görmək istəmərik. Bağışlayın, amma siz bu məğlubiyyətə, travmaya layiqsiniz".

Milli.Az