“Şuşaya gedəcəyəm” - Sinan Akçıl

18 İyul 2021 15:20

Türkiyənin məşhur müğənnisi Sinan Akçıl Şuşaya səfər edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Haber Global" telekanalına müsahibəsində bildirib.

"Bu yaxınlarda Azərbaycanın İstanbuldakı Konsulluğunda görüşüm oldu. Hər şey planlaşdırılır, sözdə qalmayacaq. İnşallah Səidə ilə bərabər (azərbaycanlı ifaçı Səidə Quliyeva-red.) Şuşaya gedib "Daim yaşa Azərbaycan"ı oxuyacağam", - S. Akçıl deyib.  

Türkiyəli ifaçı ölkəmizi və azərbaycanlıları çox sevdiyini bir daha dilə gətirib.

Milli.Az