OPEK+ nazirləri bu məsələ ilə bağlı danışıqlara başlayıblar

18 İyul 2021 14:47

Bakı vaxtı ilə saat 14:00-da OPEK+ nazirlərinin videokonfrans rejimində danışıqları başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TASS"a görüşdə iştirak edən mənbələr məlumat verib.

Məlumata əsasən, görüş təxminən saat 15:00-a qədər davam edəcək.

Bildirilir ki, tərəflər danışıqlar zamanı neft hasilatının ilin sonunadək həcmini və OPEK+ razılaşmasının 2022-ci ilin sonunadək uzadılmasını müzakirə edəcəklər.

Milli.Az