Boris Conson yenə karantinə alındı

18 İyul 2021 14:41

İngiltərə Baş naziri Boris Conson və maliyyə naziri Rişi Sunak karantinə alınıb.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.

Məlumatda bildirilib ki, hər iki nazir koronavirusa yoluxan İngiltərə səhiyyə naziri ilə təmasda olublar.

Qeyd olunub ki, baş nazir və maliyyə naziri hər gün COVİD-19-la bağlı analiz verəcəklər.

Qeyd edək ki, Boris Conson ötən il koronavirusa yoluxmuşdu.

Milli.Az