Xaçmazda 12 yaşlı uşağı maşın vurdu

18 İyul 2021 14:05

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü, İsaqov Elşad Etibar oğlunu maşın vurub. Ağır bədən xəsarətləri alan azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az